AZ

Şolts Putinə yenidən ZƏNG EDƏCƏK: “İlk danışıq xoşagəlməz oldu...”

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə yenidən zəng etmək istəyir.

 

Sfera.az xəbər verir ki, Almaniyanın RTL telekanalına açıqlama verən Şolts yenidən danışmaq üçün zərurət yarandığını bildirib.

 

"İlk danışıq xoşagəlməz oldu. Çünki o, (Putini nəzərdə tutur - red.) bütün hekayələrini yenidən söylədi", - deyən Almaniya kansleri bildirib ki, Putinlə söhbət ona Almaniyanın Ukraynaya dəstəyini zəifləməyəcəyini izah etmək üçün lazımdır.

 

Bundan əlavə, Almaniya kansleri Rusiya prezidentini Ukraynadan qoşunlarını çıxarmağın lazım olduğuna inandırmaq istədiyini vurğulayıb.

 

Vəziyyəti təhlil edən Şolts, Putinə yenidən zəng etməyin vacib olduğunu söyləyib: "Bunu etmək lazımdır, mən də bunu edəcəm. Amma biz illüziyaya qapılmamalıyıq.”

 

Xatırladaq ki, noyabrın 15-də Almaniya kansleri son iki ildə ilk dəfə Vladimir Putinə zəng edib. Təxminən bir saat davam edən söhbət zamanı Şolts həmsöhbətinə Almaniyanın lazım olduğu qədər Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

 

Vasif

Sfera.az

 

 

phrase_var_article.chosen
25
39
sfera.az

10phrase_var_article.sources