AZƏRTAC xəbər verir ki, görüşdə əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin inkişafına diqqətlə yanaşır. İqtisadi, ticarət, nəqliyyat sahələrindəki qarşılıqlı əməkdaşlıq regionların sosial-iqtisadi inkişafına təkan verir. Həştərxan Rusiyanın tarixi, gözəl və iqtisadi baxımdan inkişaf etmiş regionlarından biridir. Bu regionla əməkdaşlıq əlaqələri perspektivdə tərəflər üçün faydalı olacaq.
Diqqətə çatdırılıb ki, Həştərxan vilayəti ilə Abşeron rayonu arasında dostluq münasibətləri səmimi xarakter daşıyır və iqtisadi baxımdan səmərəlidir.
Söhbət zamanı tərəflərin dostluq əlaqələrini və qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmində olduqları vurğulanıb.