EN

Azərbaycan nümayəndə heyəti Həştərxan şəhər administrasiyasında olub

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətinə səfəri çərçivəsində Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əlaqələrin inkişafı, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin inkişafına diqqətlə yanaşır. İqtisadi, ticarət, nəqliyyat sahələrindəki qarşılıqlı əməkdaşlıq regionların sosial-iqtisadi inkişafına təkan verir. Həştərxan Rusiyanın tarixi, gözəl və iqtisadi baxımdan inkişaf etmiş regionlarından biridir. Bu regionla əməkdaşlıq əlaqələri perspektivdə tərəflər üçün faydalı olacaq.

Diqqətə çatdırılıb ki, Həştərxan vilayəti ilə Abşeron rayonu arasında dostluq münasibətləri səmimi xarakter daşıyır və iqtisadi baxımdan səmərəlidir.

Söhbət zamanı tərəflərin dostluq əlaqələrini və qarşılıqlı əməkdaşlığı davam etdirmək əzmində olduqları vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
1
olaylar.az

2Sources