AZ

Paşinyan hökumət binasında çilçıraqların yanması ilə bağlı yeni qənaət formulu təqdim etdi


Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında maraqlı bir müşahidə paylaşıb.

Musavat.com  xəbər verir ki, o, iş otağından istifadə etdiyi kameradan hökumət binasının salonlarında heç kimin olmadığı halda çilçıraqların yanmağa davam etdiyini müşahidə etdiyini bildirib.

"Əməkdaşlarımdan soruşdum ki, əgər orada heç bir tədbir keçirilmirsə, işıqlar niyə yanır? Və o andan etibarən işıqlar sönməyə başladı," – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, işıqları yandırıb-söndüren şəxslər bunu dövlət pulunun olduğu düşüncəsi ilə edirlər. Onlar hesab edirlər ki, heç kim gəlib deməyəcək ki, niyə belə edilib.

Paşinyan bununla bağlı ciddi narahatlıq ifadə edərək, bu işıqlandırma sisteminə görə dövlət büdcəsindən nə qədər pulun itkisinə səbəb olunduğunu düşünməyə çağırıb. O əlavə edib ki, əgər bu məsələni riyazi baxımdan hesablasaq, çox böyük bir rəqəm ortaya çıxa bilər.

Seçilən
15
musavat.com

1Mənbələr