AZ

Ərdoğan Somali və Efiopiyanı BARIŞDIRDI

“Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində mühüm razılaşma əldə etdik”.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhməd ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Beləliklə, bəzi inciklikləri və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaqdır. Bu, həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcudur və məsuliyyətidir.

Burada bəyan etdiyimiz konsensus ortaq bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və firavanlığını artıracaq layihələr həyata keçirəcəyik”, – deyə Ərdoğan bildirib.

Seçilən
7
8
medianews.az

10Mənbələr