AZ

Daha bir reabilitasiya mərkəzində müəmmalı ölüm - Yaxınları ekspertizanın rəyindən narazıdırlar

DahaBakının Şüvələn qəsəbəsində fəaliyyət göstərən Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində müalicə alan Nahid Mirzəyev (ad və soyad şərtidir-red) müəmmalı şəraitdə ölüb.Bu barədə Pravda.az-a müraciət edən mərhumun ailə üzvləri onun ölüm səbəbi ilə bağlı mərkəzdən verilən açıqlama və tibbi rəylə razı olmadıqlarını deyirlər.Ailənin müraciətində deyilir: “2024-cü ilin fevral ayından avqust ayınadək narkotikdən müalicə məqsədilə oğlumuz Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində qaldı. Oktyabrın 10-u Mərkəzdən zəng edilərək deyildi ki, müalicə üçün yenidən gəlsin, ayda 300 manat ödənilər. O, noyabrın 6-da evə gəldi. Dostu ilə noyabrın 7-si axşam radələri yenidən Mərkəzə qayıtdı. Ora çatanda əvvəl anası ilə telefonda danışdı, onun səhhətində heç bir problem yox idi. Telefon danışığından sonra axşam 11-ə işləmiş reabilitasiya mərkəzindən anasına zəng edildi və bildirildi ki, oğlunuz vəfat edib. Nəşi Mərdəkanda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə apardıq. "Morq"da biz qarnının şişdiyini gördük və ölüm səbəbindən şübhələndik. Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzində heç həkim yoxdur. Onların dediklərinə görə, ilkin müdaxilə ilə oğlumuzu öz bildikləri metodlarla həyata qaytarmağa çalışsalar da, mümkün olmayıb. Mərkəzdən bizimlə əvvəllər Qədir adlı şəxs danışırdı, sonradan Samir adlı şəxs onu əvəz etməyə başladı. Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzinə getdiyimizdə heç kim qapını açmır, yalnız “Votsap” vasitəsilə zəng etdikdə Samir adlı şəxs telefona cavab verir. Biz hadisədən şübhələndik və tibbi eskpertiza rəyi tələb etdik. Ekspertizanın cavabı 1 ay gecikdi, halbuki bizə 12 gün içində rəyin hazır olacağını demişdilər. Bu müddət ərzində reabilistasiya mərkəzi də bizimlə maraqlanmadı. Sanki adi hal baş verib. İndi isə tibbi ekspertiza rəyi hazırdır. Cavab isə bizi qane etmir. Rəydə bildirilir ki, oğlumuz “şüşə” narkotik vasitəsindən zəhərlənib. Bəs Reabilitasiya Mərkəzində “şüşə” nə gəzirdi? Bu necə baş verə bilər? Deməli, Mərkəzdə xəstələrə yüksək dozada narkotik maddə verirlər? Eyni zamanda tibbi rəydə oğlumuzun düyasını dəyişdiyi ünvan Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzi olaraq göstərilməyib. “Digər yerdə” yazılıb. Oğlumuzun cəsədi Mərdəkanda yerləşən 26 saylı Birləşmiş Xəstəxanaya Samir adlı şəxsin maşını ilə gətirilib. Bu barədə bizdə görüntülər də var. Hazırda Reabilitasiya Mərkəzi ilə əlaqə yaratmaq mümkün deyil. Bu məsələ araşdırılmalı, oğlumuzun ölüm səbəbini və harada dünyasını dəyişməsini bizə açıqlamalıdırlar”.Pravda.az Sağlam Cəmiyyət Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışıb. Lakin belə bir mərkəzin internet üzərindən nə adını, nə də ünvanını tapmaq mümkün olmayıb. Əməkdaşımız özünü Mərkəzin rəhbəri kimi təqdim edən Samir adlı şəxslə “Votsap” vasitəsilə danışa bilib. O isə sualları cavablandırmaqdan imtina edərək, sonra əlaqə saxlayacağını desə də, əlaqə saxlamayıb.

phrase_var_article.chosen
17
1
yenisoz.az

2phrase_var_article.sources