AZ

Məhkəmə zalında hakimə hücum etdi: 65 il cəza aldı - FOTO/VİDEO

Las-Veqas məhkəməsində qeyri-adi hadisə baş verib.


Deobra Redden “Clark County” məhkəməsinin hakimi Meri Kay Holthusa hücuma görə Nevada həbsxanasında 65 il cəza çəkməyə məhkum edilib.


31 yaşlı Reddenin ruhi xəstə olduğu məlum olub. Redden hakimin masasının üstündən atlayaraq ona hücum edib. Məhkəmə zalında çəkilmiş videoda 62 yaşlı hakimin oturduğu yerdən yıxıldığı məlum olub. Redden hakimin saçından tutub, onu yerə yıxıb. ABŞ bayrağı onların üzərinə düşüb.

Məhkəmə rəsmiləri bildiriblər ki, Holthus xəsarət alıb, lakin xəstəxanaya yerləşdirilməyib.


Reddenin müdafiəçisi Carl Arnold müvəkkilinin şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və həmin an zəruri dərmanları qəbul etmədiyini söyləyib.


Redden məhkəmədə Holthusu öldürmək niyyətində olmadığını bildirib.

“Hərəkətlərimə bəhanə gətirmirəm, amma deyirəm ki, pis insan deyiləm və bilirəm ki, Meri Kay Holthusu öldürmək niyyətim olmayıb”.


Qeyd edilib ki, Redden 2050-ci ildən sonra şərti azadlığa buraxılacaq.

//publika.az

phrase_var_article.chosen
17
1
referans.az

2phrase_var_article.sources