AZ

Qadın sudan qorxmağa BAŞLADI – Bir neçə gün sonra ÖLDÜ

Rus qadın birdən sudan qorxmağa başlayıb və o, su içmək istəyəndə spazmlar başlayıb. Bir neçə gün sonra qadın ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, Volqoqrad vilayətindən olan bir qadın hidrofobiya ilə xəstəxanaya müraciət edib. O, su içmək istəyəndə panik atak başlayıb, suyun görünüşü və bu barədə fikirlər güclü qıcolmalara səbəb olub.

Həkimlər onu bu yaxınlarda tülkü dişlədiyi üçün quduzluqdan şübhələnibdilər, lakin o, simptomlar hiss etmədiyi üçün kömək istəməyə ehtiyac duymayıb.

Qadın xəstəxanaya yerləşdirilib, lakin artıq gec olub. İlk simptomlar göründükdən sonra quduzluq müalicə edilə bilməz və ölümlə nəticələnir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
6
1
interpress.az

2Mənbələr