AZ

"Heydər Əliyev çox böyük şəxsiyyətdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Heydər Əliyev çox böyük şəxsiyyətdir və zaman keçdikcə Onun böyüklüyü, Azərbaycana verdiyi fayda, gördüyü işlər barədə daha geniş şəkildə danışılacaq”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, belə bir məsəl var, dağın yaxınlığında olanda onun ucalığı hiss olunmur, uzaqlaşdıqca dağın əzəməti görünür: “Ona görə də zaman keçdikcə Heydər Əliyevin dövlətimiz üçün nələr etdikləri daha aydın görünəcəkdir.

Heydər Əliyev ilk növbədə insanların həyat tərzi ilə maraqlanır, insanların yaxşı yaşaması üçün çalışırdı. Onun hakimiyyətdə olduğu birinci dövrü mən xatırlayıram, cavan idik, kənd yerində yaşayırdıq. Adi kasıb insanların bir müddət sonra qanuni yolla necə varlandıqlarının şahidi olurduq. Onlar təsərrüfat və zəhmətlə çalışırdılar. Heydər Əliyev insanlara belə yanaşırdı.

Onun siyasətinin nəticəsi idi ki, 1970-1980-ci illərdə bütün SSR-də çox adam yoxsulluq içində idi. Rusiyanın özünün də Moskva və Leninqraddan başqa əyalətlərinin hamısı kasıb vəziyyətdə idi. Mən gedib-gəlib görürdüm. Mən Moskvada tələbə olmuşam. Bütün regionlardan böyük kisələrlə gəlirdilər ki, nəsə ərzaq alsınlar. Bölgələrdə aylarla növbə yazılırdı. Amma Azərbaycan bu çətinliyin heç birini hiss etmədi.

1970-ci illərdə BMT-nin hesablamalarına görə, Azərbaycan təxminən 220 ölkənin içində ÜDM istehsalına görə 112-ci yerdə idi. Bu da o dövrdə Türkiyə kimi dövlətin səviyyəsinə yaxın idi. Azərbaycan SSR dövründə özünü dolandıran bir neçə respublikadan biri idi. Bunların hamısı Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi idi.

Maaşlar və pensiyalar artırılırdı, insanların istirahəti təşkil olunurdu. Elə adam yox idi ki, ildə bir dəfə harasa gedib dövlət hesabına istirahət etməsin.

Heydər Əliyev 90-cı illərdə hakimiyyətə yenidən qayıtdıqdan sonra birinci növbədə insanları ağır vəziyyətdən çıxarmağa çalışırdı. O hakimiyyətə gələndə ölkə aclıq təhlükəsi qarşısında idi. İnsanlara un, çörək çatmırdı və günlərlə növbədə dayanırdılar. Heydər Əliyev bütün bu məsələləri nizama saldı. İnsanlar da bunu bilirlər. Mən hesab edirəm ki, Heydər Əliyevin bütün sahələrdə uğurları var idi”.

Ayşən Vəli

phrase_var_article.chosen
59
50
sia.az

10phrase_var_article.sources