AZ

"Unibank" 15 mln. dollarlıq istiqraz buraxır

"Unibank Kommersiya Bankı" ASC istiqraz buraxılışı yolu ilə fond bazarından 15 milyon ABŞ dolları cəlb edir.

APA-Economics” xəbər verir ki, "Unibank KB" hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 15 min ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqraz emissiya edir.

Qeyd edək ki, istiqrazların tədavül müddəti 6 il, illik faiz dərəcəsi 8%-dir. Birinci buraxılış üzrə ödənilməli olan faizlər hər 90 gündən bir ödəniləcək.

Bildirilib ki, istiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birlikdə ödəniləcək.

phrase_var_article.chosen
27
apa.az

1phrase_var_article.sources