Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə Milad bayramında atəşkəs və məhbus mübadiləsi aparılması təklifi Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən rədd edildiyi açıqlanıb.
Rusiya Prezident Administrasiyasının mətbuat katibi Dmitri Peskov V.Orban ilə Rusiya prezidenti V.Putin arasında keçirilən telefon danışığında bu mövzuların gündəmə gəldiyini bildirib. Bundan əlavə, Rusiyanın sülhə yönəlik razılaşmaları heç vaxt rədd etmədiyini vurğulayan Peskov Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Orbanın təklifləri sonrası məhbusların siyahısını verdiyini çatdırıb.
Orban ilə Putinin dünən Ukrayna və Suriyadakı vəziyyəti müzakirə etmək üçün telefon danışığı apardıqları bildirilib.
Volodimir Zelenski Orbanın Putin ilə Ukraynanı maraqlandıran mövzular haqqında telefon danışığı aparmasına mənfi reaksiya verib. Macarıstan lideri isə sülh üçün səylər göstərdiyini bildirib.