AZ

Gürcüstan XİN rəhbəri: Vizasız gediş-gəlişi dayandırmaqla vətəndaşları şantaj edirlər

Vizasız gediş-gəlişi dayandırmaqla, faktiki olaraq Gürcüstan vətəndaşlarını şantaj edirlər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, dekabrın 16-da Aİ-yə üzv ölkələrin XIN başçılarının iclasında Gürcüstanla ikitərəfli münasibətlərə xələl gətirəcək hansısa qərar gözlənilmir.

"Dekabrın 16-da müzakirələri gözləyək. Biz bilirik və görürük ki, bəzi üzv dövlətlər açıq şəkildə kifayət qədər aqressiv mövqelərə malikdirlər və hətta Gürcüstana münasibətdə bunu dilə gətirirlər. Halbuki biz də bilirik ki, Aİ-nin çox sayda üzvü bu mövqeləri bölüşmür”, - nazir deyib.

Seçilən
46
1
apa.az

2Mənbələr