AZ

POS-terminallardan istifadə ilə bağlı 467 obyektdə qanun pozuntusu aşkarlanıb

İndiyədək 467 obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Qeyd olunub ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.

Seçilən
20
3
banker.az

3Mənbələr