İsrail Baas rejiminin devrilməsindən sonra ordunun Suriyaya daxil olması ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, İsrail Baş Nazirliyinin açıqlamasında bufer zonasının işğalının müvəqqəti olduğu bildirilib. Açıqlamada deyilir ki, Suriyada Əsəd rejiminin süqutu İsraillə sərhəd və bufer zonasında boşluq yaradıb. Açıqlamada, İsrailin sərhədə yaxın bufer zona və strateji nöqtələrin işğalının müvəqqəti olduğu iddia edilib. Bildirilib ki, Suriyada 1974-cü il razılaşmasına əməl edən qüvvə qurulandan sonra İsrail bölgədən geri çəkiləcək. Qeyd edək ki, Baas rejiminin süqutu ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb. Rejim ordusundan qalan hərbi infrastruktur və obyektləri dağıtmağa başlayan İsrail ordusu, Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib. Qolan təpələri ətrafındakı bufer zonaya daxil olan İsrail ordusu, daha da irəliləyərək, Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.