AZ

İordaniya Suriyadakı vəziyyətlə bağlı ərəblərarası görüş çağırıb

Bakı. Trend:

İordaniya Krallığı Suriyada davam edən böhranın həlli üçünərəblərarası görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verirki, İordaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən,görüş dekabrın 14-də Qırmızı dəniz sahilində yerləşən Akabaşəhərində təşkil olunacaq.

Görüşdə Misir, İordaniya, İraq, Livan və Səudiyyə Ərəbistanınıtəmsil edən Ərəb Liqasının Suriya üzrə nazirlər komitəsinin üzvləriilə yanaşı, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərininnümayəndələri iştirak edəcəklər.

Bundan sonra İordaniyada Türkiyənin xarici işlər naziri HakanFidan, ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasınınrəhbəri Kaya Kallas səkkiz ərəb naziri ilə görüş keçirəcək. Bugörüşdə həmçinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi GeirPedersen də iştirak edəcək.

Akabadakı danışıqlarda BMT Təhlükəsizlik Şurasının 2254 saylıqətnaməsinə uyğun olaraq Suriyada inklüziv siyasi keçid prosesinindəstəklənməsi, dövlət qurumlarının bərpası, ölkənin birliyi vəərazi bütövlüyünün qorunması məsələləri müzakirə olunacaq.

phrase_var_article.chosen
52
az.trend.az

1phrase_var_article.sources