AZ

Özəl klinikada burun əməliyyatı etdirən qız öldü

Mahaçqalada 23 yaşlı xəstə burun çəpəri əməliyyatı zamanı dünyasını dəyişib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, septoplastika əməliyyatı özəl klinikada ümumi anesteziya altında aparılıb. İki dəqiqə sonra xəstənin nəbzi və təzyiqi kəskin şəkildə aşağı düşüb.

Həkim və köməkçisi dərhal təcili yardım çağırıb və reanimasiya tədbirlərinə başlayıb. Saat yarımdan sonra həkimlər xəstənin öldüyünü elan ediblər.

Hüquq-mühafizə orqanlarına 30 illik təcrübəyə malik cərrah olan mərhumun atası müraciət edib.

Polis faktla bağlı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi açıb.



phrase_var_article.chosen
73
news24.az

1phrase_var_article.sources