AZ

Si Tsinpin Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək

Çin prezidenti Si Tsinpin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dəvət olunduğu andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CBS News telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ağ Evin yeni rəhbərinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib. Mənbələr Si Tsinpinin özünün yox, Pekindən olan digər rəsmilərin qatıla biləcəyini istisna etməyib.

“Çinin ABŞ-dakı səfiri və həyat yoldaşının tədbirdə iştirakı gözlənilir, bu, standart təcrübədir”, deyə telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki, qeyri-rəsmi kanallar vasitəsilə ötürülən dəvət ABŞ-Çin münasibətlərində ciddi protokol və mürəkkəb dinamikaya öyrəşdiyi və respublikaçıların niyyətləri ilə bağlı çaşqın qaldığı üçün Pekini təəccübləndirib.

Qeyd edək ki, bundan əvvəl CBS telekanalı mənbələrə istinadən Trampın Sini inauqurasiya mərasiminə dəvət etdiyi barədə məlumat yayıb. Bunu daha sonra Respublikaçı keçid qrupunun sözçüsü Karolin Levitt bu xəbəri təsdiqləyib. Öz növbəsində, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin dəvətlə bağlı vəziyyəti şərh etməyib.

Kremlin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin dəvət almayıb.

Poliqon.info

Seçilən
17
1
poliqon.info

2Mənbələr