ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki , yeni paketə Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələri, artilleriya və raket sistemləri üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir.
Bu, Bayden Administrasiyası tərəfindən 2021-ci ilin avqust ayından etibarən Ukrayna üçün tədarük edilən yetmiş ikinci avadanlıq tranşıdır