Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Dris Mertens UEFA Avropa Liqasının tarixinə düşüb.
Msport.az “Opta”ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi buna İsveçdə “Malmö” ilə heç-heçə etdikləri (2:2) Liqa mərhələsinin VI tur matçında nail olub.
Görüşdə məhsuldar ötürmə ilə yadda qalan oyunçu turnirdə 17-ci dəfə bunu bacarıb.
Mertens Avropa Liqası tarixində ən çox assist edən futbolçu olub.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2022-ci ildən İstanbul təmsilçisinin formasını geyinir.