AZ

ABŞ yeni hipersəs raketini sınaqdan keçirdi

ABŞ “Long Range Hypersonic Weapon” (LRHW) orta mənzilli hipersəs raket sistemini uğurla sınaqdan keçirib.

Axar.az xəbər verir ki, bu abrədə Strategiya və Texnologiyaların Analizi Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu, ABŞ tərəfindən 6 min km/saatdan çox sürətlə 3 min km-ə qədər məsafə qət edə bilən raketin ilk uğurlu sınağı olub. “Dark Eagle” adlanan raketin buraxılışı Kanaveral burnundan həyata keçirilib.

Raket “Lokid Martin” tərəfindən hazırlanıb və kütləvi raket zərbəsi endirmək və möhkəmləndirilmiş müdafiə xətlərini yarmaq üçün nəzərdə tutulub.

phrase_var_article.chosen
49
axar.az

1phrase_var_article.sources