AZ

Tramp İranın nüvə silahından narahat olduğunu bildirib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı çıxmaq üçün bir neçə variantı olduğu bildirilib. Bu səbəbdən İran İslam Respublikasına qarşı önləyici hava hücumları da nəzərdən keçirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ Tehrana maksimum təzyiq üçün yeni strategiya üzərində işləyir. Bu, iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan hərbi tədbirlərə əsaslana bilər.

Qəzetin məlumatına görə, Tramp daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahuya “İranın nüvə sıçrayışı”ndan narahat olduğunu bildirib. Və belə bir inkişafın qarşısını almaq üçün yollar axtardığını açıqlayıb.

Seçilən
25
operativmedia.az

1Mənbələr