Əzmkar və çalışqanlıqları ilə bilinən Oğlaqlar həyatda irəliləmək və uğur qazanmaq üçün çox işləyir. Ciddi və məsuliyyətli olan bu bürcün nümayəndələri problemlərə qarşı soyuqqanlı, praktik düşünürlər və reallığı ən yaxşı şəkildə dəyərləndirə bilirlər. Bu bürcün nümayəndələri məqsədlərinə ən tez şəkildə çatmaqda israrlı ola bilirlər.
Oğlaqlar yaxşı təşkilatçıdırlar, planlarını diqqətlə hazırlayır və işləri sistemli şəkildə həyata keçirirlər. Hədəflərinə çatmaq üçün zamanla hərəkət etmələri onlara böyük uğurlar qazandırır.
Astroloqlar vurğulayır ki, Oğlaq bürcü altında doğulan şəxslər emosional olaraq soyuq xarakterli olur, öz hisslərini başqalarına açmaqda çətinlik çəkirlər. Bu bürcün nümayəndələri digər insanların köməyini qəbul etmək istəmir və bunu özlərinə yaraşdırmırlar. Onlar məqsədlərinə çox bağlandıqları üçün asanlıqla stress və depressiyaya girə bilərlər. Oğlaqlar çox vaxt risk almaqdan çəkinir və ənənəvi yollarla hərəkət etməyə üstünlük verirlər. Bəzən yeniliklərə və dəyişikliklərə uyğunlaşmaq istəmirlər.
Modern.az Milli Məclisin “Oğlaq deputatları"nın siyahısını təqdim edir.
- Kamal Cəfərov
- Anar İsgəndərov
- Vüqar İsgəndərov
- Mübariz Qurbanlı
- Rəşad Mahmudov
- Rasim Musabəyov
- İlham Məmmədov
- Əli Məsimli
- Səyyad Salahlı
- Səməd Seyidov
- Pərvanə Vəliyeva
- Fatma Yıldırım