Modern.az saytı parlamentarların bürclərini araşdırmağa davam edir. Bu gün güclü şəxsi bacarıqları, liderlik keyfiyyətləri ilə tanınan Şir bürcünün deputatlardan danışacayıq.
Zodiakın 5-ci bürcü olan Şir bürcünün insanları təbii liderlərlər hesab edilir. Onlar hər zaman rəhbərlik etməyə və digər insanları istiqamətləndirməyə meyllidir. Astroloqlar qeyd edir ki, "Şirlər" özlərinə həddindən artıq inandıqlarına görə bu, onları çətin vəziyyətlərdə belə asanlıqla irəliləməyə təşviq edir. Çətinliklər qarşısında qorxmazdırlar və hədəflərinə çatmaq üçün hər zaman mübarizə aparırlar. Onlar həmçinin heç kimə ehtiyac duymadan, təkbaşına diqqət çəkməyi və mərkəzdə olmağı bacaran insanlardır.
Şir bürcünün mənfi tərəfləri də çoxdur. Belə ki, bu bürclər özlərini başqalarından üstün görmək və diqqəti üzərlərində cəmləmək istəyirlər. Bu da onların eqoist davranmasına səbəb ola bilər. Şir bürcü insanları qürurludurlar və bu da onları tənqidə qarşı dözümsüz edir. Şirlər zaman-zaman çox inadkar olaraq, öz mövqelərini heç bir halda dəyişdirmək istəmirlər. Başqalarının uğurlarını həzm etməkdə çətinlik çəkən Şirlərin bu xarakteri bəzən həsəd və qısqanclığa səbəb olur. Tənqid, xəyanət və ya istəklərinin qarşılanmaması onları özlərindən asanlıqla çıxara bilər. Şir insanları bəzən başqalarını təzyiq altına alaraq, öz istəklərinə hər bir halda çatmağa çalışa bilərlər.
Ümumiyyətlə, Şir bürcü güclü və enerjili bir bürc olsa da, bəzi hallarda öz güclərini və şəxsiyyətlərini başqalarına qarşı mənfi şəkildə istifadə edə bilərlər.
Parlamentdə digər bürclərə nisbətən Şir bürcü altında doğulan deputatlar çoxluq təşkil edir. Ulduz falına görə, həmin deputatlar da yuxarıda sadalanan xarakterik xüsusiyyətlərə sahibdir.
Şir bürcü deputatlarının siyahısı:
1. Azər Badamov
2. Müşfiq Cəfərov
3. Xanlar Fətəliyev
4. Rafael Hüseynov
5. Hicran Hüseynova
6. Eldar Quliyev
7. Elçin Mirzəbəyli
8. Elşən Musayev
9. Bəhruz Məhərrəmov
10. Əlibala Məhərrəmzadə
11. Müşfiq Məmmədli