AZ

Ermənistan-Hindistan-İran arasında üçtərəfli məsləhətləşmə aparılıb

Ermənistan, Hindistan və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusunu müzakirə ediblər.

Modern.az xəbər verir ki, məlumat Ermənistan KİV-nə Xarici İşlər Nazirliyindən bildirilib. Belə ki, dekabrın 12-də Nyu-Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr keçirilib.

Hindistan tərəfdən məsləhətləşmələrə J. P. Sinq, Ermənistandan XİN-in Asiya və Sakit Okean ölkələri departamentinin rəhbəri Anahit Karapetyan və İran XİN-in Cənubi Asiya şöbəsinin rəhbəri Haşim Aşcazadə başçılıq ediblər.

"Məsləhətləşmələr zamanı nümayəndə heyətləri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində sıx əməkdaşlığın təşviq edilməsinin zəruriliyini vurğulayaraq, bu kontekstdə "Çabahar" limanının rolunu qeyd ediblər. Ermənistan tərəfi öz təklifini təqdim edib".

2023-cü ilin aprelində İrəvanda keçirilmiş əvvəlki üçtərəfli məsləhətləşmələrin nəticələrinə əsasən, tərəflər kommunikasiya kanallarının təşəbbüsləri, çoxtərəfli platformalarda iştirak və regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər. Ticarət, turizm və mədəni mübadilənin təşviqi, insanlar arasında əlaqələrin gücləndirilməsi yolları da göstərilib.

Tərəflər üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsinin İranda keçirilməsi razılaşdırılıb.

phrase_var_article.chosen
23
1
modern.az

2phrase_var_article.sources