AZ

İstanbulda yaşamaq üçün ayda 75 min lirə lazımdır

Yazını böyüt
Yazını kiçilt

İnflyasiyanın tüğyan etdiyi Türkiyədə İstanbul yaşayışın ən bahalı olduğu şəhərlərdən biridir. Burada dörd nəfərlik ailənin yaşayış dəyəri noyabrda 75717 lirəyə çatıb.

Hafta.az-ın yazdığına görə, hesablama İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) bağlı İstanbul Planlaşdırma Agentliyi (İPA) tərəfindən aparılıb. Bu hesablamayı hər ay nizamlı olaraq edən İPA 2024-cü ilin yanvar ayında İstanbulda 4 nəfərlik bir ailənin yaşayış dəyərini 53 min lirə olaraq hesablayıb. Aradan keçən 10 ayda xərc 22 min lirə artıb.

Hesablamaya görə, İstanbulda yaşayış minimumu aylıq 2,68 faiz, illik isə 60 faiz artıb.

Yəni İPA-nın hesablamalarına görə, İstanbulda 4 nəfərlik ailənin yaşaması üçün 4 minimum əmək haqqıtələb olunur. Hansı ki, yanvarda 3 minimum əməkhaqqı ömürlük bəs edirdi.

Türkiyə Statistika Təşkilatı noyabr ayı inflyasiyasını 2,24 faiz olaraq qiymətləndirib. İPA-nın hesablamasında aylıq inflyasiya 2,68 faiz təşkil edib.

IPA-nın məlumatına görə, əsas istehlak mallarında illik bazda ən nəzərə çarpan artım 72,37 faizlə ət məhsullarında olub.

Seçilən
17
hafta.az

1Mənbələr