AZ

Blinkenin xarici işlər naziri Hakan Fidan ilə görüşü başlayıb

Bakı, TurkicWorld

Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İordaniya səfərindən sonra dünən axşam Türkiyəyə rəsmi səfərə gəlib. Ankara Esenboğa hava limanında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanan Blinken bu gün xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin səfəri zamanı Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonrakı keçid dövrü araşdırmaları, ölkədəki siyasi proseslər və Qəzzada mümkün atəşkəs razılaşması ilə bağlı müzakirələr aparılacağı bildirilib.

Seçilən
9
50
turkic.world

10Mənbələr