AZ

Şirkətin soyuducularını satıb pulunu mənimsəyən ekspeditor saxlanıldı

Bakıda şirkətdən 15700 manatlıq mənimsəmə olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şirkətlərin birindən pul mənimsənilməsi barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Araşdırmalarla şirkətə məxsus soyuducuların satılaraq 15700 manat pulun mənimsənilməsi müəyyən edilib.
Bu əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə ekspeditor işləyən 36 yaşlı C.Qubadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
19
1
ucnoqta.az

2Mənbələr