AZ

Vaşinqtonun hazırkı mövqeyi anlaşılmaz və mənasızdır - Papuaşvili

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili hesab edir ki, hazırkı Amerika administrasiyasının Tbilisiyə qarşı sanksiyalar tətbiq etmək qərarı anlaşılmaz və mənasızdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o qeyd edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyətinin son illərində ABŞ-da da eyni administrasiya hakimiyyətdə olub.

“İnsanlara işgəncə xüsusi qəddar xarakter aldı, azad media faktiki olaraq məhv edildi və biznes reketliyi dövlət sisteminin bir hissəsinə çevrildi. Biz nəinki sanksiyaları, hətta o zamankı ABŞ administrasiyasının dəqiq mövqeyini də xatırlamırıq”, - deyə. TASS Gürcüstan parlamentinin spikerindən sitat gətirib.

Bu baxımdan, Papuaşvilinin fikrincə, Vaşinqtonun hazırkı mövqeyi anlaşılmaz və mənasızdır.

Bundan əvvəl ABŞ hökumət üzvləri, qanunvericilər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib.

Seçilən
10
ikisahil.az

1Mənbələr