"Beşiktaş"ın üzvü Artyur Masuaku karyerasını Fransada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.

Konqolu müdafiəçi ilə "Nant" maraqlanır. Fransızlar qış fasiləsində oyunçu üçün İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Masuaku bu mövsüm "Beşiktaş"ın heyətində 21 matçda meydana çıxıb. Müdafiəçi bu görüşlərdə 1 qol vurub, 5 məhsuldar ötürmə edib.