AZ

Ruslan Atakişiyev: "Ortaqlıqda uğursuzluqları azaltmaq üçün korporativ idarəetmə və sosial tədbirlər vacibdir"

Ortaqlıq biznesləri, iki və ya daha çox şəxsin birgə fəaliyyət göstərərək gəlir əldə etməyi hədəflədiyi iqtisadi strukturlardır. Bu cür bizneslərdə uğur, tərəflər arasındakı münasibətlər və idarəetmə praktikalarının düzgün qurulmasından asılıdır.

Bəs ortaqlıq bizneslərinin uğursuzluq hallarını azaltmaq üçün hansı strategiyalar təklif olunur?  

QHT.az-ın bu sualını cavablandıran İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev ortaqlıq bizneslərinin uğursuzluq hallarını azaltmaq üçün bir sıra mühüm strategiyalar təklif edib. Onun sözlərinə görə, müəssisədaxili korporativ idarəetmə standartlarına əsaslanaraq, müəssisənin kodeksi və ailə şirkətlərinin idarə olunması üçün təlimatların hazırlanması vacibdir. Bu təlimatlar bütün tərəflərin maraqlarını və fikirlərini nəzərə almalı, sonda isə təhsil tərəfindən təsdiq olunmalıdır. Bundan əlavə, hər bir ortağın müəssisə qarşısında məsuliyyətləri, vəzifələri və öhdəlikləri əvvəlcədən tam şəkildə müəyyənləşdirilməlidir. Ruslan Atakişiyev vurğulayıb ki, bu məsələlər yalnız hüquqi baxımdan deyil, qarşılıqlı söhbətlər əsasında addım-addım formalaşdırılmalıdır:

"Digər bir məsələ ondan ibarətdir ki, sosial tədbirlərə diqqət yetirilməlidir. Yəni, ortaqlıqda maraqlı tərəf olaraq ailə üzvləri də mövcuddur. Onların müəssisə ilə bağlı fikirlərinin formalaşması, birgə fəaliyyətlə bağlı düşüncələrin inkişaf etdirilməsi və diqqətin artırılması istiqamətində sosial yönümlü tədbirlər genişləndirilməlidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
7
qht.az

1Mənbələr