Tai və Naiyahmi Yasharahyalah 2020-ci ildə oğulları Abiyahı yalnız qoz-fındıq, kişmiş və soya südündən ibarət pəhriz ilə bəslədilər.

İndex.az xəbər verir ki, uşaq daha sonra tənəffüs çatışmazlığından dünyasını dəyişib. Abiyahın ölümündən əvvəl ağır qidalanma, raxit, qan azlığı və böyümə geriliyi kimi problemləri olduğu bildirilib.

İddiaya görə, ailə Abiyahı sarımsaq və müxtəlif qarışıqlarla müalicə etməyə çalışıb. Uşağın meyiti ölümündən sonra səkkiz gün evdə saxlanılıb, daha sonra valideynləri tərəfindən bağçada açılan məzarda basdırılıb.

Ər və arvad 2022-ci ilin dekabrında Qlastonberi bölgəsində karavanda tutuldular.

Koventri Kral Məhkəməsi cütlüyü Abiyahın ölümünə səbəb olmaqda və ədaləti pozmaqda təqsirli bilib. 42 yaşlı Tai Yaşarahyalah 24,5 il, həyat yoldaşı 43 yaşlı Naiyahmi isə 19,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə, cütlüyün cəmiyyətdən uzaq bir “krallıqda” yaşadıqları, öz qaydalarını təyin etdikləri və rəsmi səhiyyə xidmətlərindən imtina etdikləri ifadə edildi.