AZ

Peskov: "Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb"

"Rusiya Prezidenti Vladimir Putinin qrafikində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, N.Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının 41-ci toplantısında iştirak etmək üçün Moskvaya gedib.

"Bu gün ayrıca görüş planlaşdırılmayıb", - D.Peskov mətbuat brifinqində bildirib.

O vurğulayıb ki, V.Putin Ermənistanın baş nazirini dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.

Qeyd edək ki, Putin və Paşinyan son dəfə oktyabrın 8-də Kremldə görüşüblər. O zaman Moskvada MDB sammiti keçirilirdi.(report)

Seçilən
17
2
bakivaxti.az

3Mənbələr