AZ

15 yaşı tamam olanların ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir. 

"Unikal" xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 

Hazıra qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır. Dəyişikliyə əsasən isə qeydiyyat yanvar-may aylarında aparılacaq. 

Həmçinin, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etmə müddəti dəyişdirilir. 

Hazırda qanuna əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

Dəyişikliyə əsasən isə, sentyabr ayı oktyabr ayı ilə əvəz edilir. 

Anar Kəlbiyev

phrase_var_article.chosen
35
1
unikal.az

10phrase_var_article.sources