AZ

Moldova iki ay müddətinə fövqəladə vəziyyət tətbiq edəcək

Dekabrın 13-nə keçən gecə Moldova parlamenti ölkədə fövqəladə vəziyyətin tətbiqinə səs verib. Dekabrın 16-dan başlayaraq 60 gün ərzində etibarlı olacaq Bu barədə “Reuters” xəbər verir.

Nəşr yazər ki, Moldova Rusiya qazını Ukrayna vasitəsilə alır, o, Qazprom ilə dekabrın 31-də başa çatacaq cari tranzit müqaviləsini yeniləmək niyyətində deyil. Bu da öz növbəsində Moldova ölkəsi üçün təhlükə yaradır.

Xüsusilə, 2022-ci ildən “Dnestryanı” və Moldova mərkəzi hökuməti Moldova dövlətinin aldığı bütün Rusiya qazının tanınmamış bölgəyə getməsi ilə bağlı razılığa gəliblər.

Dnestryanıya qaz tədarükündən imtinanın "humanitar böhrana səbəb olacağı, həmçinin Moldovanın elektrik sektorunun sabitliyi üçün risklər yaradacağı ehtimal edilir. Bundan əlavə, Reuters Dnestryanıda Rusiya qazı ilə işləyən elektrik stansiyasının olduğunu xatırldıb. Bu stansiya Moldovanın birbaşa nəzarətində olan ərazilər üçün elektrik enerjisinin böyük hissəsini təmin edir.

Buna görə də hər iki tərəf bir-birindən asılıdır. 101 deputatdan 56-nın lehinə səs verdiyi fövqəladə vəziyyət hökumətə enerji ixracını məhdudlaşdırmağa imkan verir.

Oxuməni.az

Seçilən
17
oxumeni.az

1Mənbələr