AZ

“Dinamo”nun baş məşqçisi: “Neftçi”ni xüsusi diqqətdə saxlayıram”

“Tarixi keçmişi olan "Neftçi"ni xüsusi diqqətdə saxlayıram. Çünki Minsk "Dinamo"sunun yetirməsi olan Yeqor Boqomolski orada çıxış edir”. 

Bu sözləri Minsk “Dinamo”sunun baş məşqçisi Vadim Skripçenko apasport.az əməkdaşının sualını cavablandırarkən deyib.

Mütəxəssis Konfrans Liqasının “Larne” ilə matçını (2:0) dəyərləndirib: “Bu gün qələbə qazandığımız üçün şadıq. İlk hissədə üstünlüyümüz olsa da, rəqib qapısına ciddi təhlükə yarada bilmədik. Ancaq 2-ci hissədə etdiyimiz dəyişikliklər oyunda intensivliyi artırdı və qələbə qazandıq. Bu qələbə turnirdə yolumuzu davam etdirmək üçün yaxşı şans oldu. Bilirik ki, son turda Afinada güclü azarkeş dəstəyi altında oynayan "Panatinaikos"a qalib gəlmək asan olmayacaq. Ancaq şans varsa, əlimizdən gələni edəcəyik”. 

Çalışdırıcı Azərbaycan futbolu haqda düşüncələrini də söyləyib: “Azərbaycan çempionatında turnir cədvəlini izləyirəm. Boqomolski 2 il əvvəl mən "Minsk"i çalışdıran vaxt komandamda olub. Orada özünü yaxşı tərəfdən göstərdi və "Neftçi" ilə müqavilə bağladı. "Kəpəz"də Yeqor Xvalko da oynayır. Düzdür, onun komandası "Qarabağ" və ya "Neftçi" səviyyəsində deyil. Amma komandasının kapitanıdır”.

İsmayıl Xeyrullayev

Murad Musayev "Sabah"ın prezidenti və baş məşqçisi ilə görüşüb

"Neftçi"də ciddi itki: Bu il oynamayacaq

Millimizin baş məşqçisi: "Hədəfimiz qrupda ilk iki yerdən birini tutmaqdır"

"Elfsborq"un baş məşqçisi: "Qələbə qazandığımız üçün xoşbəxtəm"

Azərbaycan çempionatı: 4 matçda 30 qol

phrase_var_article.chosen
47
apasport.az

1phrase_var_article.sources