AZ

İki ölkə Suriya ilə bağlı birgə bəyanat yaydı

Səudiyyə Ərəbistan və Britaniya Suriyaya beynəlxalq dəstəyin artırılmasına çağırıb.

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Britaniya Baş naziri Keir Staymer Səudiyyə Ərəbistana üç günlük rəsmi səfər edib. 

Səudiyyə Ərəbistan Xarici İşlər Nazirliyi məlumat verib ki, səfər zamanı K.Staymer paytaxt Ər-Riyaddakı Əl-Yamama sarayında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb. 

Görüşdən sonra K.Staymer və Məhəmməd Bin Salman birgə bəyanat veriblər. 

Bəyanatda hər iki lider Suriya xalqının təhlükəsizliyinin təmin olunması, yeni münaqişənin qarşısının alınması və yeni Suriya dövlətinin qurulması istiqamətində birgə səylərin artırılmasının zərurilini vurğulayıblar. 

Eyni zamanda hər iki lider beynəlxalq ictimaiyyəti Suriyaya dəstəyi artırmağa çağırıb. 

“Suriya xalqının təhlükəsizlik, sabitlik və firavanlıqla yadda qalan parlaq gələcəyə sahib olmasının vaxtıdır”, - bəyanatda deyilir.

Qeyd edək ki, son on iki günlük müxalif qüvvələrin hərbi əməliyyatları nəticəsində Suriyada 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının hakimiyyətinə və əlli üç illik Əsəd rejiminə son qoyulub.

Suriyanın sabiq prezidenti Bəşər Əsəd ölkəni tərk edərək Rusiyaya qaçıb. 

Seçilən
51
cebheinfo.az

1Mənbələr