AZ

Magistratura bitirənlərin xidmətdən azad edilməsi təklifi…

Mövcud qanunvericilikdə dinc dövrdə çağırışdan azad edilənlərin kateqoriyası müəyyənləşdirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, mövcud qanunda ehtiyata və istefaya buraxılma öz əksini tapmamışdı:

“Artıq layihədə bu anlayışlar meydana çıxıb. Həm dinc, həm müharibə dövründə ehtiyatda qalanlar qalacaq. Amma ağır cinayət törədənlər birbaşa istefaya keçiriləcək. Magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən müəyyən məbləğ qarşılığında azad edilməsi bir çox dövlətdə tətbiq edilir. Bu layihə hazırlanarkən bu təklif olunmuşdu. 2016-cı ildən etibarən bakalavriatla yanaşı magistratura təhsilalanlara da möhlət verilməyə başladı. Bundan sonra magistratura təhsilinə cəlb olunanların sayı kəskin artıb. 2020-ci ildən 2024-cü ilə qədər bu yana təhsilə görə möhlət verilənlərin sayında 44 % artım müşahidə edilir”.

Seçilən
12
5
axar.az

7Mənbələr