AZ

Ukrayna “Lukoyl” terminalına hücum etdi

Dekabrın 12-də axşam hava hücumundan müdafiə sistemi Leninqrad vilayətindəki “Vısotsk Lukoyl-II” neft terminalı üzərində pilotsuz uçan aparatı vurub.

Yenicag.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu, “Baba Yaqa” tipli kəşfiyyat aparatı olub. Onun dağıntıları kompleksin yaxınlığındakı Fin körfəzinə düşüb. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb.

Seçilən
27
3
yenicag.az

4Mənbələr