AZ

MAŞININ PƏNCƏRƏSİNDƏN SİQARET KÖTÜYÜ ATANLAR, 200 MANATI HAZIRLAYIN!

Avtomobilinin pəncərəsindən yola zibil, o cümlədən su butulkaları, salfetlər, sellofan kulokları, siqaret qutusu atanlar barədı "Təzadlar"ın araşdırma yazılarını yəqinki unutmamısınız...

Təkliflər də vermişik ki, avtomobil yollarının istismarına cavabdeh qurumların əziyyətini yerdə qoymamaq üçün belə sərnişin və sürücülərin lazımi məbləğdə cərimələnməsi vacibdir... Eləcə də gəmilərdən suya tullantı və başqa predmetlər atmağa görə cərimə məbləği artırılmalıdır. 

Tezadlar.az xəbər verir ki, artıq bu barədə yekun qanun qəbul olundu. Vəbununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Dəyişikliklə qeyd olunan cərimə məbləği 30 manatdan 300 manata qədər artırılıb. Eləcə də, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

 Bax belə: pinti, yol təsərrüfatı işçilərinin zəhmətinə qiymət verməyən sürücü və sərnişinlər bundan sonra nəticə çıxarsınlar. Bu həm də ekologiyamızaş təbiətimizə xidmət demək olacaq.

A.Məmmədli

Seçilən
15
15
tezadlar.az

10Mənbələr