AZ

Fransada hava limanı işçiləri tətilə çıxıb.

Fransanın ən böyük hava limanlarından biri olan Şarl de Qoll hava limanında tətil başlayıb. Demedia.az  BBC-yə istinadən xəbər verir ki, tətil aviasiya sektorunda əməkhaqqı artımı ilə bağlı mübahisələr səbəbindən baş qaldırıb. Tətil nəticəsində yüzlərlə reys təxirə salınıb və minlərlə sərnişin çətin vəziyyətə düşüb. Hava limanı rəhbərliyi tətillərin uçuş təhlükəsizliyinə təsir etməməsi üçün fövqəladə tədbirlər görür. Lakin işçilər hökumətdən tələblərin tez bir zamanda yerinə yetirilməsini tələb edirlər. Sərnişinlər isə vəziyyətin tezliklə həllini gözləyir.

phrase_var_article.chosen
34
demedia.az

1phrase_var_article.sources