AZ

“Azəripək”in fəaliyyətinə problem yaradan səbəb nədir? - Qurumdan açıqlama

2018-ci ildə yaradılan  “Azəripək” MMC-nin fəaliyyətində axsamaların olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. 

Məlumatda qeyd olunur ki, müəssisə məhsulların sayı azalıb, əvvəlki kimi xarici ölkələrə ixracat dayanıb. 

Mövzu ilə əlaqədar olaraq “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti  News24.az-ın soğrusuna cavab olaraq bildirilib ki, “Azəripək” MMC-nin baramadan ipək-sap açan istehsalatının fasiləsiz olaraq bir növbəli iş rejimində bir il işləməsi üçün 400 ton yaş barama lazımdır. 

"2024-cü ildə respublikamızın 32 rayonunda cəmi 174 ton yaş barama istehsal olunub. Müəssisə həmin barama ilə 02 dekabr 2024-cü il tarixinədək fəaliyyət göstərib. Qeyd olunan tarixdən etibarən baramadan xam ipək açan istehsalat fəaliyyətini tamamilə dayandırıb, boyaq-bəzək və burucu sexləri isə qismən fəaliyyət göstərir. Bu səbəblə məcburiyyətdən 220 nəfərə yaxın işçi öz hesabına məzuniyyətə göndərilib", - deyə qeyd olunub.

Ağa Dadaşzadə

phrase_var_article.chosen
42
news24.az

1phrase_var_article.sources