AZ

Azərbaycana spesifik cihaz və avadanlıqlar gətiriləcək –  21 milyon manat ayrıldı

Azərbaycana

Azərbaycana fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar gətiriləcək.

Emlakbazari.az

Bu barədə E-saglam.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, ölkəyə traksiya qurğusu, spinal dekompressiya qurğusu, krio terapiya cihazı, maqnit terapiya qurğusu, vertikalizator, oksigen kamerası, baro kamera, vakum kamerası və s. cihaz və avadanlıqların gətirilməsi nəzərdə tutulub.

Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb.

Quruma sözügedən spesifik cihaz və avadanlıqları “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək. Bunun müqabilində MMC-yə 21.040.228,17 AZN (21 milyon 40 min 228 manat 17 qəpik) ödəniləcək. (trend)

E-saglam.az

Seçilən
26
1
e-saglam.az

2Mənbələr