AZ

Suriya müxalifəti ölkənin ən böyük həbsxanasını muzeyə çevirmək istəyir

Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa Dəməşqin Sednaya qəsəbəsindəki ən böyük həbsxananın ərazisində muzey yaratmaq planlarını açıqlayıb. 

Qaynarinfo bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Əl-Şaraa vurğulayıb ki, məhbuslara işgəncə verilməsində əli olan hər kəs cəzalandırılmalıdır.

Silahlı müxalifət Dəməşqdə hakimiyyəti ələ keçirdikdən sonra minlərlə insan ölkə daxilində müxtəlif həbsxanalardan azad edilib. Əl-Şaraa görə, bir çox məhbus qanuni əsas olmadan orada olub və döyülmə və işgəncə qurbanı olub.

Ölkə paytaxtının şimal-şərqində yerləşən Sednaya Suriyanın ən məşhur və ən böyük həbsxanalarından biridir. Son günlər minlərlə suriyalı yaxınları haqqında məlumat almaq ümidi ilə həbsxana divarlarının yanına gəlib.

Aydın

phrase_var_article.chosen
29
15
qaynarinfo.az

10phrase_var_article.sources