Bakı. Trend:
Şəhərlərarası və şəhərdaxili daşımalarda istifadə edilənavtobuslar yenilənir.
Bu barədə Trend-ə AYNA-danməlumat verilib.
Bildirlir ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli vətəhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi iləavtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən daim diqqət mərkəzində saxlanılır.
"Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti,təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutlarıntəhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə marşrutxətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri dəavtobusların daha yeni olmasıdır.
2024-cü ilin 11 ayı ərzində AYNA tərəfindən marşrut xətlərinindaha müasir, komfortlu və ən son tələblərə cavab verən nəqliyyatvasitələri ilə təmin olunması məqsədilə 226 lot üzrə müsabiqəninkeçirilməsi barədə elan verilib. Müsabiqələrin nəticələrinə əsasən,paytaxtdan Bərdə, Tərtər, Gəncə, Mingəçevir, Zaqatala və SınıqKörpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində müasir vəkomfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. Artıq buistiqamətlərdə səfərlər 2015-2024-cü illər istehsalı olan 27 yeniavtobusla həyata keçirilir.
2023 və 2024-cü illərdə şəhərdaxili daşımalara ümumilikdə 284müasir avtobus cəlb olunub", - məlumatda qeyd olunub.