AZ

Bu il dünyada qətlə yetirilmiş jurnalistlərin sayı məlum olub

Bakı. Trend:

2024-cü ildə peşə vəzifəsini yerinə yetirərkən ən azı 68jurnalist və media işçisi qətlə yetirilib.

Trend“UNESKO”ya istinadən xəbər verir ki, bu ölümlərin 60 faizdən çoxumünaqişə zonalarında qeydə alınıb. Bu da son on ilin ən yüksəkgöstəricisidir.

Məlumata görə, münaqişə zonalarında baş verən 42 qətldən 18-iFələstində, 4-ü Ukraynada və Kolumbiyada, 3-ü isə İraq, Livan,Myanma və Sudanda qeydə alınıb.

Bundan əlavə, Suriya, Çad, Somali və Konqo DemokratikRespublikasında hər birində 1 jurnalist qətlə yetirilib.

Bu statistika 2023-cü ildə də müşahidə edilən narahatedicitendensiyanın davam etdiyini göstərir: son iki ildə münaqişəzonalarında öldürülən jurnalistlərin sayı 2016-2017-ci illərdən buyana ən yüksək səviyyəyə çatıb.

2024-cü ildə jurnalistlərin və media işçilərinin öldürülməsihalları 68 nəfərə çataraq, 2023-cü ildəki 74 və 2022-ci ildəki 88ölüm hadisəsindən az olub.

Məqalədə:
Seçilən
32
3
az.trend.az

5Mənbələr