AZ

Santuş püşkü DƏYƏRLƏNDİRDİ

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Bizim.Media xəbər verir ki, mütəxəsss AFFA.az saytına açıqlamasında bunları deyib:


“Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq.

 

Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.


Qeyd edək ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.

Bizim.Media

Seçilən
10
29
bizim.media

10Mənbələr