AZ

Antalya Hava Limanının yük daşınması 10 % artıb

2024-cü ilin noyabr ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 37 milyon 219 min 963 nəfər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 7 faiz artaraq 6 milyon 118 min 675 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 31 milyon 101 min 288 nəfər təşkil edib.

Eyni dövrdə, Antalya Hava Limanının yük daşınması 2023-cü ilin noyabr ayı ilə müqayisədə 10 faiz artaraq 476 min 730 ton olub. Daxili reyslər üzrə yük daşınması 47 faiz artaraq 80 min 634 ton, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 396 min 096 ton təşkil edib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında hava limanından həyata keçirilən uçuşların sayı 4 faiz artaraq 226 min 309 olub. Daxili reyslər üzrə uçuşların sayı 3 faiz artaraq 41 min 958, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 184 min 351 olub.

Ümumilikdə, 2024-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 432 min 282 nəfər, yük daşınması isə 4 milyon 560 min 816 ton olub.

Qeyd edək ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Seçilən
4
32
fins.az

10Mənbələr