Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya təmiz enerji layihələrinin inkişafını asanlaşdırmaq üçün yeni planını elan edib.
Banco.az xəbər verir ki, Böyük Britaniya ölkənin təmiz enerji və iqlim məqsədlərinə çatmasına imkan yaratmaq məqsədilə bu sahədə layihələrin inkişafını asanlaşdırmaq üçün plan hazırlayacaq.
Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Xalis Sıfır Emissiyalar Nazirliyinin bəyanatında bildirilib ki, məqsəd ev təsərrüfatları və müəssisələr üçün ödənişləri daimi olaraq azaldacaq enerji sistemi yaratmaqdır.
Bu çərçivədə daha çox bərpa olunan enerji potensialının yaradılması ilə 2030-cu ilə qədər şəbəkə tutumunun artırılmasına maneələrin aradan qaldırılması, planlaşdırma qərarlarının sürətləndirilməsi və elektrik sektorunun böyük ölçüdə karbonsuzlaşdırılması üçün yeni planın qüvvəyə minəcəyi bildirilib.