AZ

“Yol hərəkəti qaydalarını bilirəm” – Masallıda maarifləndirici tədbir

“Yol hərəkəti qaydalarını bilirəm” – Masallıda maarifləndirici tədbir

 

Təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinə dair təbliğat-təşviqat, maarifləndirmə tədbirləri ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da mütəmadi olaraq təşkil olunur. 
Bu məqsədlə növbəti tədbir Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbində keçirilib.
Masallı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə məktəbin aşağı sinif şagirdləri üçün “Yol hərəkəti qaydalarını bilirəm” adlı maarifləndirici tədbirdə Masallı Rayon Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis mayoru Asəf Mustafayev və RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Samid Əliyev şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verib, onlarda piyadanın vəzifələri haqqında ilkin təsəvvür yaratmağa çalışıblar.
Şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün müəllimlərin, valideynlərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulayan DYP əməkdaşları uşaqları yol hərəkətinə dair bilikləri dərindən öyrənməyə və həyatda tətbiq etməyə çağırıblar.
Məktəbin direktoru Mehriban Əzizova bu cür təbliğat xarakterli tədbirlərin təşkilinin maarifləndirmə baxımından əhəmiyyətini, uşaqlara erkən yaşda yol hərəkəti qaydalarının öyrədilməsinin vacibliyini qeyd edib, polis əməkdaşlarına minnətdarlığının bildirib.
Tədbir çərçivəsində nəqliyyatın seyrək olduğu əraziyə ekskursiya təşkil olunub, məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları əyani olaraq izah edilib.

 

Akif AĞAYEV
 

Seçilən
16
qht.az

1Mənbələr