Qalatasarayda bu mövsüm gələcəyi müzakirə olunan Kerem Demirbay ayrılıq iddialarına cavab verib. Manset.az Milli.Az-a istinadən xəbər verir ki, "Hazırda klub dəyişməyi düşünmürəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm. Təbii ki, hər bir kluba böyük hörmətim var. Amma mən mütləq klubumu dəyişməyəcəyəm. Niyə? Çünki burada özümü çox yaxşı hiss edirəm. Ailəm də burada özünü çox rahat hiss edir, bunu siz də görə bilərsiniz. Üstəlik, hələ bir yarım illik müqaviləm var, mütləq burada qalacağam. Burada qalmaq və müqaviləmi uzatmaq istəyirəm. Heç bir qapını bağlamaq istəmirəm. Almaniyaya qayıtmaq istəmədiyimdən deyil, amma mənim arzum karyeramı Qalatasarayda bitirməkdir. Bu mənim arzumdur və bunun gerçəkləşəcəyini bilirəm." deyə futbolçu qeyd edib. Kerem Demirbay bu mövsüm Qalatasaray forması ilə bütün turnirlərdə 20 oyuna çıxıb. 31 yaşlı yarımmüdafiəçi ümumilikdə 522 dəqiqə meydanda olub və 3 asistlə komandasına xal qazandırıb. Qalatasaray ilə müqaviləsi gələn mövsümün sonunda bitəcək olan Kerem Demirbayın hazırkı transfer bazar dəyəri 4.4 milyon avro olaraq göstərilir.